"Özünüzə gözəl tapın, mən sizin deyiləm!"— Zaxarova latviyalı nazirə cavab verdi

DÜNYA 02 iyul 2022, 20:32
“Edqar, özünüzə bir gözəl tapın və qoyun, dözsün. Mən sizin deyiləm!”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviyanın XİN rəhbəri Edqar Rinkeviçin atmacasına cavab verib.

Qeyd edək ki, Zaxarova Ukrayna borşunun YUNESKO-nun mədəni irsi kimi tanınmasına qarşı çıxaraq tarixi mənbələrdə borşdan Kiyevin rus sakinlərinin yeməyi kimi bəhs edildiyini bildirib.

Latviya XİN rəhbəri Edqar Rinkeviç də buna cavab olaraq Putinin istehzalı “Bəyən və ya bəyənmə, döz gözəlim” ifadəsini sitat gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top