Yuxuda gördüyü yeri qazdırdı, bir milyard dollarlıq neft çıxdı — FOTOLAR

MARAQLI 02 iyl 2022, 18:40
Türkiyədə maraqlı olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Adana bölgəsində bir milyard dollarlıq neft aşkarlanıb. Neft quyusunun olduğu tarlanın sahibi Çingiz Buhurun açıqlaması isə hər kəsin marağına səbəb olub. 

Tarla sahibi bildirib ki, su axtararkən yuxuda qazdığı quyudan qanlı su çıxdığını görüb. Oyanandan sonra oranı qazıb və 204 metr dərinlikdən su çıxıb. Lakin suyun yağlı olduğunu görən Çingiz onu yoxlatdırıb və bunun əslində neft olduğunu öyrənib.

Lakin işlər elə də asan getməyib. Çingiz Buhur bu bölgədə neft çıxdığını heç kəsə sübut edə bilməyib. 

2020-ci ildə bir dostuna bununla bağlı məlumat verib. Dostu isə Prezident Rəcəb Tayiib Ərdoğanın bununla bağlı qəti qərarı olduğunu və harada neft çıxarsa həmin yeri araşdırmaqla bağlı əmr verdiyini bildirib.

Hazırda bir milyard dollarlıq neft quyusunun ətrafında araşdırma aparılır.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top