Rayonlarda qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

SOSİAL 01 iyl 2022, 18:48
İyulun 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18, arabir 20-23 metr olacaq. İyulun 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 metr/saniyəyədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Qərb küləyi əsəcək, sürəti 15-20, arabir 23 metr/saniyə olacaq. İyulun 2-də ayrı-ayrı yerlərdə arabir saniyədə 25-30 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top