Bakıda bir neçə nəfərə dələduzluq edənə şəxsə ağır cəza verildi — Hökm

KRİMİNAL 01 iyl 2022, 11:06
Dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlının məhkəməsi başa çatıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fuad Sadıxlı 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.

Həmçinin Fuad Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Fuad Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top