Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində öldü

HƏRBİ 30 iyn 2022, 11:40
Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Bu barədə "Report" hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Hadisə dünən, iyunun 29-da baş verib.

"Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top