Metroda qatarların hərəkəti ləngidi

SOSİAL 29 iyun 2022, 20:05
“İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.

Demokrat.az bildirir ki, Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri “Sahil” stansiyasında düşürüb və yoluna davam edib.

Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu səbəbdən “Nəriman Nərimanov-Həzi Aslanov” istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top