Yol polisi sürücüləri postlarda niyə saxlayır? — Ekspert aydınlıq gətirdi (VİDEO)

GÜNDƏM 29 iyn 2022, 16:14
Yol hərəkəti qaydaları üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı sosial şəbəkə hesabında canlı yayım edərək Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının stasionar postlarında sürücülərin saxlanılması ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib. 

O bildirib ki, bəzi sürücülər stasionar postlarda tez-tez saxlanıldığını, yol polisi əməkdaşlarının onların sənədlərini yoxladığını, spirtli içki, narkotik maddə qəbul edib-etmədiyini soruşduğunu narazılıq kimi qələmə verirlər. 

Lakin Elməddin Muradlı hesab edir ki, yol polisinin bu cür iş rejimini narazılıq kimi qəbul etməyə ehtiyac yoxdur, səbrli və təmkinli olmaq lazımdır. Çünki ötən il mindən artıq narkotik maddə istifadəçisi olan sürücü məhz həmin postlarda aşkarlanıb və onların barəsində tədbirlər görülüb. Bu o deməkdir ki, yüzlərlə hadisənin qarşısı alınıb: “Ona görə də, sürücülər stasionar postlarda avtomobilin saxlanılmasını, sənədlərin yoxlanılmasını, sürücüyə hər hansı sualın verilməsini  faciə kimi qəbul etməməlidirlər. Yol polisi əməkdaşları bu vasitələrlə sürücülərin adekvat davranışlarına nəzər yetirirlər və narkoman, narkotik vasitənin, psixotrop maddənin təsiri altında olan sürücülər də məhz bu formada aşkarlanır”.

Bütün bunları nəzərə alaraq Elməddin Muradlı sürücüləri səbrli və təmkinli olmağa çağırıb. Eyni zamanda bildirib ki, stasionar postlarda sürücülər saxlanılarkən onlara qarşı digər tələblərin irəli sürülməsi ilə bağlı narazlıq varsa, adiyyəti üzrə şikayət etmək hüquqları var. “Amma sırf sənədlərin yoxlanılması, narkotik maddənin, psixotrop maddənin təsiri altında olub-olmamasını yoxlmaq yol polisinin qanunla tənzimlənən hüququdur. Yəni stasionar postlarda istənilən avtomobili saxlayıb sənədləri yoxlamaq polis əməkdaşlarına verilmiş səlahiyyətlərdən biridir. Ona görə bir daha sürücüləri səbrli və təmkinli olmağa çağırıram və narkotik bəlasına qarşı mübarizədə həmrəlik nümayiş etdirməyi vacib sayıram”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top