Səfirlik: “Rusiyanın heç bir rəsmi şəxsi “separatçılar”ın nümayəndəsi ilə görüşməyib”

XARİCİ SİYASƏT 29 iyn 2022, 15:52
Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan ərazisindəki qondarma rejimin “xarici işlər naziri” David Babayanın Rusiyaya “işgüzar” səfərinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi açıqlama yayıb:

“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olmuş, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşımış və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib. Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top