Bakıda gənc oğlan “İnstagram” işlədən arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 29 iyn 2022, 09:48
Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 14-də rayonun M.Hadi küçəsində baş verib. Əli yaşadığı mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadının sifət nahiyəsinə yumruqla vurub, onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təöqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bahar ilə 2014-cü il tarixdə ailə həyatı qurub: “Birgə nikahdan 2 azyaşlı övladımız var. Yoldaşım ilə əvvəllə mehriban yaşasaq da, son zamanlar onun “İnstagram” işlətməsi üstündə aramızda tez-tez ailə məişət zəminində mübahisələri yarandı”. 

Əli qeyd edib ki, sonuncu dəfə hadisə günü saat 15 radələrində yaşadıqları mənzildə Bahar ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən vurub: “Daha sonra Bahar evdən çıxaraq getdi. Əməlimdən peşmanam. Mehribanla barışmışam”.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top