Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdi

DÜNYA 28 iyn 2022, 19:56
İyunun 28-də Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi növbəti dəfə həyata keçirilib. Mübadilə zamanı Ukraynanın 16 hərbçisi və bir mülki şəxsi qaytarılıb.

Rusiyanın isə 15 hərbçisi təhvil verilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb

Məlumata görə, iki zabit və 14 əsgər də daxil olmaqla 16 ukraynalı hərbçi Rusiya əsirliyindən qayıdıb. Həmçinin bir mülki şəxs də əsirlikdən azad edilib.

"Sərbəst buraxılan beş nəfər ağır yaralıdır və təcili müalicəyə ehtiyacları var", - deyə məlumatda vurğulanıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 avq 2022, 16:18
Top