“Üçüncü qüvvələrin Cənubi Qafqaz regionunda mövcud olmaq imkanları tükənə bilər” — ŞƏRH

GÜNDƏM 27 iyn 2022, 17:18
“Bu gün Cənab İlham Əliyev tərəfindən bütün dünyaya örnək olası bir siyasi model təklif olunur”. 

Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik qeyd edib ki, Azərbaycan 30 il ərzində torpaqlarının işğalda olmağı faktoruna baxmayaraq, eyni zamanda bu günə qədər həm Ermənistan, həm də onların havadarları tərəfindən daim müxtəlif böhtanlara, siyasi şər kampaniyalarına məruz qalsa da, Azərbaycan hələ də sülh və etimad mühitinin mümkünlüyündən vaz keçmir:

“Cənab Prezident İlham Əliyevin mövqeyi bir daha ortaya qoymuş olur ki, Azərbaycan hər şeyə rəğmən Cənubi Qafqaz regionun gələcəkdə sülhün, qarşılıqlı əməkdaşlığın əsas məkanlarından birinə çevrilmək istəyir. Bu baxımdan hesab edirəm ki, Cənab Prezident tərəfindən daim Ermənistanda sülhün mümkünlüyü haqqında səslənən fikirlər bir çox dünya dövlətləri üçün örnək olası siyasi mesajlardır. Bu gün hətta post-pandemiya dönəminin olmağı, eyni zamanda Rusiya-Ukrayna savaşı bir daha sübut edir ki, bəşər dünyasının gələcəyini yalnız sülh əmin-amanlıq, dövlətlər arasında nifaqın aradan qaldırılması təmin edə bilər. Ona görə də, hesab edirəm ki, Cənab İlham Əliyev tərəfindən Ermənistana uzadılan sülh və barış əli Ermənistan tərəfindən də dəstəklənməlidir”. 



T.İsmayılov qeyd edib ki, bu gün Ermənistan sülhlə bağlı müəyyən pozitiv mesajlar versə də, özəlliklə Ermənistan havadarları tərəfindən Ermənistanın alət kimi Türkiyə və Azərbaycan əleyhinə istifadə olunması tendensiyası təəssüflər olsun ki, dayanmayıb:

“Yaxın gələcəkdə də bu barədə hansısa müsbət dəyişiklik müşahidə edilmir. Lakin hesab edirəm ki, özəlliklə Ermənistanın daxilində Rusiya mərkəzli revanşist qüvvələrin tez-tez Paşinyan hakimiyyəti əleyhinə apardığı kampaniyalar, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin normallaşmağı tendensiyasında Ermənistanın hansısa “şərtlər” irəli sürmüklə bağlı hakimiyyətə etdiyi çağırışlar, Ermənistan hakimiyyətinin də qorxaqcasına bəzən geriyə addım atmağına səbəb ola bilir. Bu regionda daim iştirak etmək istəyən üçüncü tərəflər  düşünürəm ki, Ermənistandan alət kimi istifadəyə etməyə çalışırlar. Və onlar hesab edirlər ki, əgər Ermənistan Azərbaycan-Türkiyə ilə münasibətləri normallaşdırsa, onda həmin üçüncü qüvvələrin Cənubi Qafqaz regionunda mövcud olmaq imkanları tükənə bilər. Ona görə təbii ki, Ermənistana bununla bağlı müxtəlif təzyiqlər ediləcək. Lakin Ermənistan aldığı böyük məğlubiyyətdən sonra Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtləri qəbul etmək məcburiyyətindədir. Bütövlükdə, Ermənistanın dövlət kimi mövcudluğu, hansısa üçüncü qüvvələrin maşası rolunda çıxış etməkdən daha çox Azərbaycan və Tükiyə ilə münasibətləri normalaşdırmaqdan ibarətdir. Bu, olmayacağı təqdirdə Errmənistanın siyasi, iqtisadi mövcudluğunu və gələcəyini heç bir aydın təsəvvür gözləmir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top