Rusiyada meşə yanğınları genişlənir

REGİON 26 iyn 2022, 08:52

Rusiyanın Altay diyarında meşə yanğınlarının sahəsi sutka ərzində 2 dəfə artaraq 4,6 min hektara çatıb.

APA xəbər verir ki, bu barədə TASS diyarın Təbiəti Mühafizə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, meşə sahələrinin monitorinqi zamanı yanğınların 4 640 hektar sahəni əhatə etdiyi məlum olub. Küləkli və isti hava alovla mübarizəni çətinləşdirir.

Yanğın zonasına çox sayda texnika və canlı qüvvə cəlb olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top