Həkimdən virusla bağlı növbəti XƏBƏRDARLIQ

SOSİAL 24 iyn 2022, 20:47
"Rotavirusun əsas əlamətləri yüksək hərarət, qusma və ishaldır. Mövsümi xarakter daşıyan  bu virus əsasən 5 yaşadək uşaqlarda özünü biruzə verir. Xəstəlik gigeyenik qaydalar riayət edilməməsi və düzgün saxlanılmayan qidaların qəbulu nəticəsində yaranır"

Son dövrlər uşaqlar arasında yayılan virusla bağlı pediatr Günay Rəsulova Demokrat.az saytına bildirib ki, valideynlər  çox diqqətli olmalıdırlar:

“Çirkli su, dəniz suyu, hovuz suyu udulmasına, bağlı və düzgün saxlanılmamış qidalar səbəbindən mədə bağırsaq pozğunluqları həddən artıq çoxalıb. Üzərinə günəş şüası düşən adi plastik qabdakı suların istifadəsi belə uşaqlarda qida toksiinfeksiyasına, hətta üzərinə günəş düşən şokoladların, şirniyyatların paketli qidaların istifadəsi belə uşaqlarda mədə bağırsaq pozğunluqlarına, zəhərlənmələrə belə gətirib çıxarda bilər. Ona görə də valideynlər düzgün saxlanılmış qidaların uşaqlara verilməsinə çalışmalıdılar.”

Virusun yaranma səbəblərindən biri də mövsümi olmayan meyvə və tərəvəzlərin qəbuludur. Eyni zamanda körpəyə dondurulmuş suyun verilməsi tövsiyə olunmur.



“Misal üçün qarpız olsun və ya hər hansı bir mövsümi çatmamış süni yolla yetişdirilmiş qidaların uşaqlara istifadəsi də uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluqlarına gətirib çıxarda bilər. Eyni zamanda düzgün saxlanılmayan, belə deyək dondurulmuş suların istifadəsi də uşaqda qusma və mədə bağırsaq pozğunluqlarına gətirib çıxarda bilər. Rotavirusun qarşısının alınması üçün valideynlər uşaqlarının su qəbulunun təmin edilməsinə fikir verməlidirlər.”
Xəstəliyə yoluxan uşaqlara yağlı və südlü qidaların verilməsi tövsiyə edilmir. Yalnız bol maye qəbul etmək vacibdir. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top