Qarabağda törədilən təxribatlarda kimlər maraqlıdır? — ŞƏRH

GÜNDƏM 24 iyn 2022, 17:10
Xəbər verdiyimiz kimi, iyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ümumiyyətlə, ermənilər zaman-zaman həm Kəlbəcərdə, həm Laçında təxribatlar törədirlər. Bəs  kimlər bu təxribatda maraqlıdır?

Suallımızı cavablandıran Müsavat Partiyasının başqan müavini Elman Fəttah Demokrat.az-a açıqlamasında deyib ki, bu təxribatlarda əsas maraqlı tərəf Ermənistan və Qarabağda yaşayan erməni silahlı birləşmələridir. Analitikin sözlərinə görə, onlar 44 günlük savaşın nəticəsində formalaşmış yeni reallıqla barışmaq istəmirlər:



“Ona görə də, belə başıpozuq terror fəaliyyətlərini davam etdirirlər. Təəssüflər olsun ki, bu cür davranışlar “rus sülhməramlılar”ın nəzarət etdiyi ərazidən qidalanır. Həm onların gözü qarşısında, həm də susqunluğu, razılığı ilə bütün bunlar baş verir. Bu mənada Rusiya zaman-zaman bu gərginliyin artmasında maraqlıdır. Bu gərginlikdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Qeyd edim ki, ümumiyyətlə, Qərbin isə marağında Qarabağ münaqişəsinin alovlanması dayanmır. Əksinə, Qərbi bu prosesin tamamilə yekunlaşması və sülhün bərqərar olması maraqlandırır”.   

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top