Bölgələrdə otel qiymətləri niyə bahadır? — VİDEO

SOSİAL 24 iyn 2022, 08:43
Bölgələrdə hotel qiymətləri yüksəkdir.

Yay mövsümün gəlişi ilə istirahət üçün bölgələrə üz tutanlar artır. Lakin rayonlarda 3 və 4 ulduzlu hotellərin olmaması, digər məkanların da bahalığı turistləri alternativ variantlar axtarmağa məcbur edir.

Mütəxəssislər bildirirlər ki, istirahət üçün bölgələrə üz tutan turistlər əsasən səhər gedib axşam geri dönüləcək istirahətə üstünlük verirlər. Qalmaq üçün rayonlara üz tutanlar də daha çox hotellərə, kirayə evlərə və kotec tipli istirahət mərkəzlərinə üz tuturlar. Biz də turistlərin istirahət üçün tez-tez üz tutduğu Qəbələ rayonundakı hotel, kirayə ev və kotec qiymətləri ilə maraqlandıq. Qiymətlər arasında xeyli fərq olduğu ortaya çıxdı.

Hotellər və Restoranlar Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bunların sayı artsa, uyğun qiymətə məkan seçimi də geniş olacaq.

Assosiasiya sədrinin sözlərinə görə, qısamüddətli icarəyə verilən mənzillərin xərclərinin azlığına görə onları hotellərdən daha ucuz qiymətə təklif etmək mümkün olur.

Samir Dübəndi deyir ki, regionlarda olan bəzi hotel və digər yerləşmə vasitələrinin sahibləri beynəlxalq turizm saytlarından daha çox istifadə etməlidirlər. Çünki, Azərbaycandakı məkanlara beynəlxalq saytlarda çox az rast gəlinir. Həmin saytlarda da qeydiyyat çoxalsa, bu, bölgələrdə olan və insanların tanımadığı daha ucuz məkanların üzə çıxması ilə nəticələnəcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top