Taekvondo üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu

İDMAN 23 iyn 2022, 16:23
Taekvondo üzrə Kişilərdən ibarət yığma komandaya yeni baş məşqçi təyin olunub. 

Demokrat.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının İdarə heyətinin qərarına əsasən, bu post Məmməd Abdullayevə həvalə edilib.  

İdarə heyətinin toplantısında verilən digər qərara əsasən, məşqçi-müəllimlərin indiyədək qadınlardan ibarət yığma komandanın böyük məşqçisi kimi çalışan Rəşad Məmmdov, bundan sonra fəaliyyətini kişilərdən ibarət yığma komandanın böyük məşqçisi kimi davam etdirəcək.

Qadınlardan ibarət milli komandanın böyük məşqçisi isə Sənan Həşimov təyin olunub.

Azərbaycan Taekvondo Federasiyasının yaydığı məlumata görə, kişilərdən ibarət milli komandanın baş məşqçisi işləmiş iranlı mütəxəssis Reza Mehmandoust öz xahişi ilə istefa verib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top