IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanında olublar

SİYASƏT 19 iyn 2022, 12:30
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.

"Report" xəbər verir ki, Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.

Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.

O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb.

"İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur", - Zukkoni qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top