Məşhur boksçunun ABŞ-a girişinə qadağa qoyuldu

İDMAN 19 iyun 2022, 15:27
Britaniyalı ağır çəkili boksçu Tayson Fyuri ABŞ-a buraxılmayıb.
 
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının Amerikaya uçan təyyarəyə minməsinə icazə verilməyib.

Buna idmançının qadağan olunmuş maddələri yaymaqda şübhəli bilinən irlandiyalı kriminal lider Daniel Kinahanla əlaqəsi səbəb olub.
 
2022-ci ilin fevral ayında Fyury Dubaya səfər edib və Kinahan ilə şəklini yayıb. Boksçu bildirib ki, bu, onun özünün də cinayətkar olması demək deyil.
 
İrlandiyalıya gəlincə, o, özünü narkobaron deyil, iş adamı hesab edir və bütün ittihamları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top