Almaniya Ukraynaya silah verən ölkələr siyahısında səkkizinci yerdədir

DÜNYA 19 iyn 2022, 00:15
Almaniya Ukraynaya vəd etdiyi silahların yalnız üçdə birini çatdırıb.

Demokrat.az bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, iyunun 7-dək Almaniya Ukraynaya 542 milyon avroluq silah yardımı vəd edib. Amma vəd edilən və reallaşdırılan silah tədarükü arasında fərq böyükdür.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun monitorinqinə görə, indiyə qədər Almaniya Kiyevə 192 milyon avro dəyərində silah verib ki, bu da vəd edilənin 35%-i deməkdir.

Beləliklə də, Almaniya Ukraynaya silah verən ölkələrin siyahısında səkkizinci yerdədir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top