Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi aparıldı

DÜNYA 18 iyn 2022, 19:55
Ukrayna rusiyalı hərbçilər tərəfindən əsir götürülən beş vətəndaşını azad edə bilib.

Bu barədə ölkənin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı beşə-beş formuluna əsasən növbəti mübadilə həyata keçirib. Beş Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan mülki şəxslərdir”, - deyə məlumatda bildirilib.

Qeyd olunub kiəsirlərdən üçü Kiyev vilayətinin Qostomel şəhərinin Rusiya hərbçiləri tərəfindən işğalı zamanı əsir götürülüb.

Baş Kəşfiyyat İdarəsi əsirlərin dəyişdirilməsi ilə yanaşı, bəzi ölən ukraynalı hərbçilərin cəsədlərini də geri qaytarmağa nail olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top