Prezidentin köməkçisi: “Türkiyə ilə münasibətlərdə son hədd yoxdur”

GÜNDƏM 18 iyn 2022, 08:43
“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”.

Demokrat.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarşımıza qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, iş birliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq. Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Mərkəzi Asiyadan daha çox sürətli ticarət axını var”, - Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, şimal sahəsində bir sıra problemlər olduğundan orta dəhliz olaraq yüklərin Qafqaz üzərindən Türkiyəyə daşınması həcmində artım var: “Düşünürəm ki, bu da Türkiyə və Azərbaycan üçün ayrıca iş dərəcəsidir ki, işlərimizi həmin istiqamətdə davam etdirəcəyik”.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top