Conson: "Başa düşürəm ki, ukraynalılar niyə Putinə güzəştə getməyə hazır deyil"

DÜNYA 17 iyn 2022, 22:10
Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski və ukraynalıların niyə Rusiya lideri Vladimir Putinlə hər hansı güzəştə hazır olmadığını başa düşdüyünü bildirib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, Conson bu barədə Kiyevdə Ukrayna prezidenti ilə birgə bəyanatı zamanı  bildirib.

“Biz Ukrayna Silahlı Qüvvələrinin qəhrəmanlığını, onların cəsarət və şücaətini alqışlayırıq. Mən tamamilə başa düşürəm ki, siz Volodimr və sizin xalqınız nə üçün Putinə hər hansı kompromisə hazır deyilsiniz, çünki Ukrayna çox əziyyət çəkir”.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top