“Eldar Əzizov "Difahi"dən kitab yazır, amma kitab yarmarkasına qadağa qoyur” — Şahbaz Xuduoğlu

SOSİAL MEDİA 17 iyun 2022, 18:40
“Absurd dövrdə yaşayırıq. Eldar Əzizov Bakı şəhər icra başçısı, "Difahi"dən kitab yazır, amma kitab yarmarkasının keçirilməsinə qadağa qoyur”. 
 
Bu sözləri “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu feysbuk səhifəsində yazıb. 
 
O, bildirib:

“Ramiz Mehdiyev də belə edirdi, demokratiyadan, dövlətçilikdən qalaq-qalaq kitablar yazırdı, əvəzində özünə və ətrafına lüks həyat, eləcə də "5-ci kolon" yaradırdı. İndi nə əməllərini, nə də əmlakını və var-dövlətini hesablamaqla bitirmək olmur. İki ay məktuba cavab vermədilər, sonra dedilər "Abadlıq xidmətinə" deyin, "Abadlıq" dedi bizim etirazımız yoxdur. Bəhanə kəsiləndə, adamların bir yerə yığılmasını istəmirik dedilər. Bir şəhərin meri necə və niyə kitaba qadağa qoymalıdır! Tiflisdə Rustaveli küçəsi boya-boy sənətkarların, kitabçıların üzünə açıqdır. Heç icazə də istənilmir. Bütün böyük şəhərlərdə əl işləri və kitab sərgilərinə küçə və parklarda şərait yaradırlar. Eldar müəllim isə özünü intelektual sayır, "hamı Hararini oxumalıdır", deyir amma kitaba qadağa qoyur. Sabir heykəlinin yanında olmaz, fontanlarda olmaz, bulvarda olmaz. Bu qədər dövlət vəsaitləri hesabına parklar salınır, bulvar tikilir ki, orda kitab olmasın! Bəs bu yetim Azərbaycan kitabına harada sərgi keçirək? Bizim kitaba böyük hörmətimiz var deyirlər. Hörmətiniz budurmu?”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top