Hulusi Akar: “PKK-dakı İsveç istehsalı silahlarla bağlı dəlilləri həmsöhbətlərimizə təqdim etdik”

REGİON 17 iyn 2022, 15:05
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyadakı əməliyyatlar zamanı İsveç istehsalı olan silahların ələ keçirildiyini, görüşlərdə bununla bağlı dəlilləri həmsöhbətlərinə təqdim etdiklərini bildirib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, NATO Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Akar, gündəmlə bağlı açıqlamalar verib.

İstər görüş çərçivəsində keçirilən iclaslarda, istərsə də ikitərəfli görüşlərdə Türkiyənin fikirlərini bölüşdüklərini deyən Akar görüşlərin müsbət keçdiyini bildirib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı sualı cavablandıran Akar deyib:

“Türkiyə olaraq NATO-nun təhlükəsizliyinin mərkəzində, NATO-nun dəyərlərini və məsuliyyətini paylaşan aktiv və konstruktiv üzvüyük. NATO-nun genişlənməsini həssaslıqlarımıza hörmət etdiyimiz dərəcədə mənalı və vacib hesab edirik. NATO-nun genişlənməsini həssaslıqlarımıza göstəriləcək hörmət səviyyəsində mənalı və vacib hesab edirik.” 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top