"Biz Rusiya ilə müharibə etməyəcəyik"— Makron

GÜNDƏM 16 iyn 2022, 23:54
Fransa prezidenti Emmanuel  Makron bildirib ki, Rusiya ilə müharibəyə cəlb olunmaq qorxusuna görə Qərb ölkələri Ukraynaya müəyyən növ silahlar verməməyə razılaşıblar.

Demokrat.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Makron bu fikirləri  Kiyevdə Ukrayna, Almaniya, Rumıniya və İtaliya liderləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz Ukraynaya özünü müdafiə etməyə kömək edirik, lakin Rusiya ilə müharibəyə getməyəcəyik, ona görə də müəyyən silahların, xüsusən də hücum təyyarələri və ya tankların tədarük edilməməsi qərara alındı ​​və prezident Zelenski bu razılaşmadan xəbərdardır”, – Makron bildirib.

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top