Bakıda “Gelandewagen” qəza törətdi, 7 nəfər xəsarət aldı — FOTOLAR

HADİSƏ 16 iyn 2022, 08:56
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

“Mercedes Gelandewagen” markalı avtomobilin sürücü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd: xəsarət alan 7 nəfərdən dördünə ilkin tibi yardım göstərilərək evə buraxılıb. Digər 3 nəfər - 1960-ci il təvəllüdlü Talıbov İsmayıl Ağalar oğlu, Rüstəmov Seymur Eyvaz oğlu və Salmani İsgəndər Musa oğlu vəziyyətləri ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.(apa.az)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top