Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərildi — FOTOLAR

SOSİAL 13 iyn 2022, 17:59
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçən il və cari ilin ötən dövründə görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib.

Demokrat.az xəbər verir ki, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 4 mərtəbəli binadan ibarətdir. 

Burada üzgüçülük hovuzu, idman və akt zalları, yataq, tibb və reabilitasiya otaqları vardır. 

Şöbədə müvafiq kateqoriyadan olan 5-29 yaşlı şəxslər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.

Görmə imkanı məhdud şəxslər üçün həmçinin kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər də təşkil olunur.

Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı da göstərilir. 



Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top