Dondurma hər gün yeyilməlidirmi? — AÇIQLAMA

GÜNDƏM 13 iyn 2022, 17:23
“Dondurmanın hər gün yeyilməsi məsləhət deyil”.

Bunu həkim-pediatr Aytən İsmayılzadə Demokrat.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, keyfiyyətli dondurmanın da faydaları olduğu kimi zərərli də ola bilir:

“Dondurma öncə bir süd məhsuludur. İnək südünə allergiyası olanlar, laktoza intoleransı olanlar üçün nəzərə alınmalıdır. Dondurmanın tərkibində həm də yumurta olduğunu yadda saxlamaq, yumurta allergiyası olanlar üçün təhlükəli ola biləcəyini unutmaq olmaz. Dondurma dadlı olsun və xarab olmasın deyə içinə nələrsə qatılır”. 



Pediatr vurğulayıb ki, dondurma pozulsa, o xarab olmuş qida kimi zəhərlənməyə səbəb ola bilər: “Dondurmanın istehsalı zamanı gigiyena qaydalarina riayət edilməsə, bu məhsul əriməsə də mikrob yarana bilər. Bu da yenə qida toksikoinfekasiyasına səbəb olur. Belə hallarda qusma, ishal, qarın ağrısı, baş ağrısı əlamətləri yaranır. Dondurmalara əlavə edilən rəngləyici maddələr də allergik reakaiyalara səbəb ola bilər. Ümumiyyətlə, dondurmanın həftədə 2-3 dəfə yeyilməsi məsləhətdir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top