Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi ləğv edib

DÜNYA 11 iyn 2022, 22:15
Rusiya Prezidenti Vladimir Putin MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb.

İmzalanan sənədə əsasən, Rusiya 2023-cü il yanvarın 1-dən etibarən MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı üzrə sazişdən imtina edə bilər.

Sənəddə həmçinin qeyd edilir ki, təqaüd hüquqlarına dair müqavilə köhnəlib və Rusiya MDB-dəki tərəfdaşları ilə pensiya ilə bağlı yeni ikitərəfli müqavilələrin və sazişlərin bağlanması üzərində işləyir.

Məlumat üçün qeyd edək ki, saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb.

Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı.

Bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top