Keçmiş məhkumlara taksi sürmək qadağan ediləcək

DÜNYA 11 iyn 2022, 18:59
Rusiyada bəzi maddələr üzrə məhkumluğu olmuş şəxslərin taksi və ictimai nəqliyyat sürücüsü kimi işləməsi qadağan ediləcək.

Rusiya prezidenti Vladimir Putin bu gün məlum qadağanı nəzərdə tutan qanunu imzalayıb.

Söhbət orta ağırlıqda olan, həmçinin ictimai təhlükəsizliyə, konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə qarşı, eləcə də sülh və dövlətin təhlükəsizliyi əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu olan şəxslərdən gedir.

Taksidə və ictimai nəqliyyatda işə düzəlmiş şəxslər növbəti ilin mart ayının 1-dək işəgötürənə məhkumluğun olub-olmaması haqqında arayış təqdim etməlidirlər. Sənədə görə, məhdudiyyətlər əvvəllər adam öldürmə, adam oğurluğu, quldurluq və bəzi digər cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil ediləcək. Qanun Avrasiya İqtisadi Birliyinin üzvü olan digər dövlətlərin vətəndaşlarına da şamil edilir./Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top