“Putin Azərbaycanla Ermənistan arasında problemlərin birdəfəlik çözülməsini istəmir” — ŞƏRH

GÜNDƏM 11 iyn 2022, 18:56
“Putinin Ukraynaya qarşı elan olunmamış müharibəsi Azərbaycan –Ermənistan münasibətlərinə də təsirsiz ötmür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

O vurğulayıb ki, Azərbaycanın 44 günlük müharibədən qalib çıxmasından sonra Rusiya ilə razılaşmalarımızın həyata keçməsi ləng getsə də, ümumilikdə prinsiplərdən imtina edilməyib:

“Rusiyanın bizə qarşı mövqeyinin bir qədər ehtiyatlı olması Azərbaycanın beynəlxalq nüfuzu və Türkiyə ilə hərtərəfli əməkdaşlıq etməsidir. Sirr deyil ki, Putin Azərbaycanla Ermənistan arasında bütün problemlərin birdəfəlik çözülməsini istəyən tərəf deyil. Amma proseslər ona doğru gedir ki, bu iki Qafqaz ölkəsi arasında tam mənada sülh olmasa Rusiyanın itirəcəkləri qazandıqlarından qat-qat çox olacaq. Rusiyanın Ermənistana himayədarlığı və bu ölkəyə təmənnasız silah və hərbi texnika göndərməsi bu ölkəni məğlubiyyətdən qurtarmadı. Əksinə 44 günlük müharibədə daha ağır məğlubiyyyətlə üzləşdi. 10 noyabr sazişinin 4-cü maddəsinin həyata keçməməsi üçün Rusiyanın əsas bəhanəsi Ukraynaya qarşı müharibənin davam etməsi ola bilər. Bizim isə gözləməyə vaxtımız yoxdur.”



“Rusiya sülhməramlıların Qarabağda nəzarət etdiyi ərazilərə qanunsuz silah sursat daşıması barədə yayılan məlumatlar təsdiqini taparsa, bu fakt bizə razılşamanın 4-cü bəndini birtərəfli qaydada həyata keçirməyə əsas verəcək. Putinin Ukrayanaya təcavüzü bitəcək, lakin ərazi qazansa da, ümumilikdə müharibəni uduzacaq. İkinci dünya müharibəsindən sonra Sovet ordusu və onun siyasi varisi Rusiya heç bir hərbi uğuru olmayıb. Əfqanıstandan qovulan ruslar Suriyada da nəticəsiz döyüşürlər. Ukraynada da eyni aqibəti yaşayacaqlar. Putinin imperiya xülyaları ilə yaşaması və özünün 1-ci Pyotra bənzətməsi xəstə adamın təxəyyülüdür”- deyə V.Əfəndiyev qeyd edib.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top