YapiKredi Müraciət Forması
Hadisə

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az