Minifutbol millimizdən tarixi uğur: Avropa çempionatının FİNALINDA

İDMAN 10 iyn 2022, 21:59
Minifutbol üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

Oxu.Az-ın xəbərinə görə, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında millimiz yarımfinalda Qazaxıstanı 3:2 məğlub edərək finala yüksəlib.

Komandamız iki dəfə hesabda geri olsa da, əzmkar oyun nümayiş etdirərək qalib gəlməyi bacarıb.

Komandamızın finaldakı rəqibi Bakı vaxtı ilə saat 22:15-də başlayacaq Bolqarıstan - Rumıniya oyununun qalibi olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top