Deputat: “Bu, dünyanın Azərbaycana olan diqqətini bir daha artırır”

GÜNDƏM 09 iyn 2022, 17:43
“Azərbaycan iqtisadiyyatının ildən-ilə çətin bir dövrdə inkişafı onun dayanıqlı və düşünülmüş siyasətə əsaslandığını göstərir. Bu ilin ötən dövrü ərzində ölkədə ümumdaxili məhsul 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda artım 11,5 faiz, qeyri-neft sənayesində isə 15 faizdən çox olmuşdur. Bu, əlbəttə ki ölkədə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş islahatların və siyasətin nəticəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, bu günləri ölkəmizdə aqrar sektorda da, iqtisadiyyatın digər sahələrində də irəliləyişlər var:

“Əlbəttə ki, bu, sevindirici haldır. Belə uğurların müharibədən sonrakı dövrdə, eyni zamanda bu gün dünyada gedən iqtisadi çətinliklər zəminində qazanılması Azərbaycanda həyata keçirilən çox mühüm tədbirlərin  nəticəsi kimi qiymətləndirilməlidir. Bu günlər də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf 2022-ci il hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 160 ölkə arasında 50-ci pillədə qərarlaşmışdır. Ölkəmiz 2020-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyda hər üç ölkədən 2-ni qabaqlayıb və bu göstəcilərə əsasən Cənubi Qafqaz regionunda liderdir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda iqtisadi proseslər və həyata keçirilən islahatlar öz nəticələrini verir. Və iqtisadiyyatın saflaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması maliyyə nizam-intizamın təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması sahibkarlığın inkişafı ilə əlaqədar tədbirlər həyata keçirilir. Cənab prezident özü də bu məsələlərə aydınlıq gətirərkən bir daha xatırladır ki, bu göstəricilərlə hər bir ölkə öyünə bilər. Amma, bizim üçün bu təbiidir. Çünki Azərbaycan xalqı görür ki, uzunmüddətli düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir”. 

“Sözsüz ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işləri, eləcə də işğaldan azad olunhmuş ərazilərdə həyata keçirilən mühüm tədbirlər Azərbaycan iqtisadiyyatının inkişafda olduğunun bir daha göstəricisidir. Çünki iqtisadiyyatımız güclü olmasaydı, sözsüz ki, biz  bu mühüm qələbələri təmin edə bilməzdik. İlk növbədə iqtisadiyyatın davamlı və inkişafda olması göstəricisi müharibədə qazandığımız qələbə ilə xarakterizə oluna bilər. Çünki güclü iqtisadiyyatı olmayan dövlətin güclü ordusunun da olması mümkün deyildir və ordu quruculuğunun möhkəmləndirilməsi, əsgər və zabitlərimizin ruh yüksəliyi bilavasitə ölkədə sağlam mühitin yaradılması və iqtisadi nailiyyətlərimizlə sıx əlaqədardır. Bu gün Azərbaycanın prezidenti  inkişafın təmin edilməsi üçün çox mühüm layihələrin dövlət proqramlarının həyata keçirilməsinə start vermişdir. İşğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlər, ölkə iqtisadiyyatına qoyulan sərmayələr, xarici investorların Azərbaycana cəlb olunması və ölkədə keçirilən çox mühüm beynəlxalq tədbirlər bunu deməyə əsas verir. Əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq aləmdə daha da şöhrətləndirir və dünyanın Azərbaycana olan diqqətini bir daha artırır”, -deyə deputat qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top