Azərbaycanda məşhur şirkət cərimə olundu

GÜNDƏM 09 iyn 2022, 15:39
"Narmed" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində iş qaldırılıb. 

Demokrat.az-ın xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Elməddin Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cəza tədbiri alan vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Narmed” MMC Azərbaycanda tibbi avadanlıqların gətirilməsi, satılması ilə məşğuldur.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top