“Tələbələrin özü belə istəyib” — ATU-dan "şortik-mayka" qadağasına REAKSİYA

GÜNDƏM 08 iyn 2022, 17:02
Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetində (ATU) tələbələrə qəribə qadağa qoyulması ilə bağlı foto yayılıb. Paylaşımda “İctimai qaydalara uyğun olaraq, əsaslı kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qəti qadağandır”, - deyə qeyd edilib. 

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Demokrat.az-a açıqlamasında tələbələrin müraciətləri əsasında bu tələbin tərtib olunduğunu deyir.  

“Təbii ki, müasir dövrdür, biz tələbələrin heç birinin geyiminə qarışmırıq. Tibb Uniersiteti tibb təhsili verən bir müəssisədir, xalat kimi “dress-cod”umuz var, dərslər adətən, xalatla olur çox səliqəli formada. Sadəcə, indiki məsələ ondan ibarətdir ki, bizim kitabxana artıq 24 saatlıq iş rejiminə keçib. Tələbələr günün hər saatında burda resurslardan faydalana bilirlər. Yazılan bu qeyd, yaxud xəbərdarlıq tələbələrin öz müraciətlərindən irəli gəlir. Tələbələr müraciət ediblər ki, bəzi geyimlər bizi narahat edir. Bu müraciətə əsasən, biz belə bir qayda tərtib etdik. Xahiş etdik ki, etik qaydalara uyğun geyinsinlər. Burada böyüdüləcək, şişirdiləcək heç nə yoxdur. Biz müasirliyə qarşı deyilik. Sadəcə, etik normalara riayət etməyi mütləq hesab edirik.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top