Göygöldə qəza: xəsarət alan var

SOSİAL 07 iyn 2022, 22:12
Göygöldə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı üzüm sahəsində olan maneəyə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı sürücü ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olduğu bildirilir.

Qeyd edək ki, xəsarət alan sürücünün polis əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top