Cəfəroğludan Cəlaloğluna: "Kişilər iki arvad, məşuqə saxlayırlar"

SOSİAL 06 iyn 2022, 22:47
"Qadın xəyanəti bizim mental dəyərlərimizə uyğun deyil”.

Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib.

Qeyd edək ki,  Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu qadın və kişi xəyanətindən, ailədəki zorakı hallardan danışarkən, Azərbaycanda qadınlar arasında xəyanətin artdığını bildirib. Siyasətçi bunu tərbiyə problemi ilə əlaqələndirib.

Hüquq müdafiəçisi Azərbaycan qadınının belə bir xüsusiyyətini eşitmədiyini qeyd edib:

“Birinci dəfədir, eşidirəm ki, qadınlar arasında xəyanət artıb. İllərdir kişilər xəyanət edirlər. Onlar arvadlarının başına olmayan zülmlər gətirirlər. Kişilər iki arvad, məşuqə saxlayırlar. Arvadla yanaşı məşuqənin də yanına gedirlər.

Bu bizim mental dəyərlərimizə uyğun deyil. Uşağı olan qadın nadir hallarda bu yola düşür. Onu kim deyibsə, qələt edib”.

N.Cəfəroğlunun sözlərinə görə, bu, Azərbaycan qadına atılan iftiradır:

“Bizim qadınlar çox nüfuzlu, ailə sevən, namusludur. Ola bilər ki, içərisində bir-iki nəfər eləsi çıxsın. Onlar da əminəm ki, məcburiyyətdən o yola üz tutublar. Ancaq onu fikirləşə bilərəm.

Bilirəm ki, qadın cavan yaşından ərsiz qala bilir. Övladlarını saxlamaqdan ötrü pis yola düşmür. Heç ərə də getmir ki, uşaqlarına birdən pis baxar. Övladlarını başına yığır, böyüdür. Həyat yoldaşı ölən kişi 40 mərasimində ətrafa baxır ki, özünə arvad tapsın. Bu fikirlə razı deyiləm. İftiradır. Belə şeyləri yaymaq düzgün deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top