Bayden enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan etdi

DÜNYA 06 iyn 2022, 20:52
ABŞ prezidenti Co Bayden ölkədə enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyə elan edib.

Demokrat.az 
xəbər verir ki, bu  barədə Ağ Evin saytında məlumat dərc edilib.

ABŞ prezidenti Co Bayden günəş batareyası komponentlərinin yerli istehsalını genişləndirmək üçün Hərbi İstehsalat Aktına müraciət edib və həmçinin Cənub-Şərqi Asiyanın bir sıra ölkələrindən günəş batareyalarının idxalına tətbiq edilən tarifləri ləğv edib.

Qeyd edilib ki, qanun təmiz enerji texnologiyalarının, o cümlədən günəş panelləri komponentlərinin yerli istehsalını sürətləndirmək üçün qəbul edilib.

Baydenin eyni vaxtda yayımlanan icra sərəncamında, həmçinin ABŞ liderinin istehlakçı tələbatını ödəmək üçün elektrik enerjisi istehsal etmək üçün kifayət qədər gücün mövcudluğuna dair təhdidlərə görə fövqəladə vəziyyət elan etdiyi deyilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top