Tural Sadıqlı dələduzluq, böhtan və müxtəlif cinayət tərkibli əməllərin icraçısıdır — BƏYANAT

GÜNDƏM 06 iyn 2022, 14:37
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi bəyanat yayıb.

Demokrat.az həmin bəyanatı təqdim edir:

"Zaman-zaman müxtəlif səbəblərdən Avropa dövlətlərinə   mühacirət adı ilə sığınanlar Avropa dəyərlərini özlərinə qalxan etməkdədirlər. 

Azərbaycandan da Avropa qitəsinə mühacir kimi üz tutanların əksəriyyəti burada "siyasi alverlə" məşğul olaraq “fəaliyyətləri” ilə Azərbaycanın imicinə zərər vururlar. 

Çox vaxt inkişaf etmiş ölkələr siyasi sığınacaq almaq istəyənlərin əsil niyyətlərini bilmədən, humanizm prinsiplərindən çıxış edərək onlara sığınacaq verir. Ancaq müəyyən müddət sonra aydın olur ki, bununla bağlı müraciət edənlərin heç də hamısı sağlam niyyətə dayanaraq bunu etmir. 

O da məlumdur ki, artıq Avropanın bir sıra aparıcı ölkələri “siyasi mühacir” adı altında oyunbazlıqla məşğul olan müəyyən şəxslərin təbliğat xarakterli yalanlarına inanmır. Bunun nəticəsidir ki, bir çoxları Avropadan deport edilir və sözügedən proses bu gün də davam edir. 

Əsasən Avropaya mühacirət edənlər ölkə olaraq Almaniyanı seçir. Ancaq reallıqlar dəyişir. Almaniyanın mühacir adı ilə ora sığınanlar barəsində təftiş siyasəti aparması bir sıra məsələlərin, daha doğrusu siyasi dələduzluqların üstünü açır. Almaniya hökuməti tərəfindən orada yaşayan mühacirlərin mərhələli şəkildə Azərbaycana deportasiya olunur. Onların bəzilərinə qarşı konkret cinayət əməlləri və faktlarına görə təhqiqatın aparılması  müəyyən qüvvələri narahat edir. Həmin qüvvələr bunu Azərbaycana qarşı istifadə etməyə və məsələni siyasiləşdirməyə çalışırlar. 

Bütün bunlarla bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi  (İSBAM) olaraq bəyanatla çıxış edərək aşağıdakıları bildiririk. 

Özünü “siyasi mühacir” hesab edən “Azad söz” “YouTube” kanalının rəhbəri Tural Sadıqlı ətrafında  süni qalmaqal  yaradılıb. O, iddia edir ki, guya Azərbaycan hökuməti onu siyasi fəaliyyətinə görə təqib edir və “zərərsizləşdirməyə” çalışır. Dediyinə görə  onun həyatına qəsd etməyə cəhd edilir. Ancaq gəlin görək özünü “siyasi mühacir” hesab edən Tural Sadıqlı kimdir? 

Araşdırmalar göstərir ki, T.Sadıqlı demokratiya, azad söz adı altında uzun illərdir xaricdə Azərbaycan dövlətinə, ölkə başçısına və ayrı-ayrı nüfuzlu şəxslərə qarşı əsası olmayan çirkin kampaniya ilə məşğul olur. Bu həmin Tural Sadıqlıdır ki, Bakı Dövlət Üniversitetindən qovulduğu üçün yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin (NDU) magistaturasında davam etdirmişdir. NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. NDU-nun yardımı ilə Misirə elmi ezamiyyətə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu “nikah” Azərbaycanda rəsmiləşdirilmir. Çünki o, ayrı-ayrı qadınları aldatmaqla  macəralarını davam etdirirdi. Turalın pozğunluğundan bezən tələbə qızların və universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən Tural Sadıqlı NDU-dan uzaqlaşdırılır. Bir müddət AMEA-da fəaliyyət göstərsə də, dələduzluğu üzündən oradan xaric edilir.

Bu həmin T.Sadıqlıdır ki, illər öncə Müsavat Partiyasının aparıcı fəallarından olan Fərəc Kərimlinin həbsində fəal rol oynayıb. F.Kerimli həbs olunmasının səbəbləri barasində danışarkən  keçmiş partiyadaşı T.Sadıqlı onu satıb Turalın xüsusi xidmət orqanlarının adamı olduğunu bildirib.

Daha sonra Almaniyaya sığınan T.Sadıqlının yeni macaraları başlayır. Məsələ ondadır ki, T.Sadıqlı Almaniyanın Nurinberq şəhərində Rusiya vətəndaşı olan azərbaycanlı qadınla evlənir. Sonra həmin bu qadın hamilə olur və T.Sadıqlı öz həyat yoldaşını küçədə döyür. Nəticədə T.Sadıqlı ilə ailəsi arasında insident yaşanır. Vəziyyət o həddə gəlib çatır ki, məlum hadisə ilə bağlı Almaniya polisinə şikayət daxil olur. Nəticədə T.Sadıqlı barəsində cinayət işi açılır.  Məlum insidentdən sonra həyat yoldaşı T.Sadıqlıdan ayrılaraq Rusiyaya qayıdır. 
T.Sadıqlı iyrənc əməllərini  PKK terror təşkilatına yaxın olan bir qadınla münasibət qurmaqla davam etdirir. Bu qadını da aldatdıqdan sora növbəti münaqişə yaranır. PKK-lı olduğu bildirilən  qadın T.Sadıqlını döyür, vəziyyət o həddə gəlib çatır ki, həmin qız qardaşlarını Türkiyədən çağırır. Vəziyyəti belə görən T.Sadıqlı Almaniyadan Böyük Britaniyanın paytaxtı Londona qaçır. 

Bundan sonra T.Sadıqlı belə bir hay-küy qoparır ki, guya Azərbaycan hökuməti onu Almaniyada izlətdirir, öldürmək istəyirlər. Ancaq məlum faktlar onu göstərir ki, deyilənlərin hamısı yalan və iftiradır. Hazırda tələbə vizası ilə Londona sığınan T.Sadıqlı çıxışlar edərək yalan məlumatlar yayaraq guya Azərbaycan dövləti onu fiziki cəhətdən aradan götürməyə cəhd edir iddialarını tirajlayır.Bütün bu şoularda məqsədi Londonda mühacir statusu almaqdır. Eyni zamanda  Almaniyada onun barəsində açılan cinayət işindən yayınmağa çalışmaqdadır. İstəyir ki, şantaj yolu ilə Almaniyanın Prokurorluq və polis orqanları tərəfindən başlamış bir neçə onun haqqında cinayət və təhqiqat işləri bağlanılsın. Bu hazırlanmış siyasi teatrı  atası Əlövsət Sadıqlı  da Bakıda özünəməxsus şəkildə davam etdirməkdədir. 

Bütün bunlar müxalifətçilik, siyasi blogerlik fəaliyyətindən çox uzaqdır. Bu adamın fəaliyyəti siyasi dələduzluq və möhtəkirlik üzərində qurulub. Ayrı-ayrı partiya üzvlərini xaricə yola salan onlara saxta  sənəd düzəltməklə külli miqdarda pul qoparıb miqrant kimi göndərməklə məşğul olub. İndidə Avropa ölkələrində şantaj xarakterli fikirlər səsləndirməklə siyasi dələduzluqla məşğuldur. Məişət zəminində yaranan insidenti gizlədərək Azərbaycan dövlətini "siyasi qətildə" ittiham etməkdədir.

İstər Böyük Britaniya, istərsədə Almaniya Avropanın inkişafında müstəsna rol oynayan ölkələr olmaqla yanaşı, dünya düzəninin formalaşmasına, elmi-texniki tərəqqinin inkişafına müstəsna töhvələr veriblər. Zəngin dövlətçilik ənənələrinə malik olan bu dövlətlər demokratiya və söz azadlığından sui-istifadə edənlərə sığınacaq yeri olmamalıdır. Çox yaxşı olardı ki, bu kimi dövlətlər öz resurslarından istifadə edərək Tural kimi siyasi dələduzların əsil məqsədlərini zamanında ortaya çıxarsınlar. Heç şübhəsiz ki, bu cür diqqətli yanaşma olarsa, inkişaf etmiş Avropa belə dələduzlara sığınacaq mərkəzi olmaz. Çünki belələri həm də Avropa dəyərlərinə kölgə salır.

İSBAM olaraq bir daha bəyan edirik ki, hazırda Londonda "Youtube blogerliyi" edən Tural Sadıqlı Azərbaycanda və Avropada ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq böhtan və müxtəlif cinayət tərkibli əməllərin icraçısıdır. O, eyni zamanda  törətdiyi əməllərlə təkcə Azərbaycan Respublikasının imicinə deyil, eyni zamanda bir müddət "mühacir" kimi məskunlaşdığı Almaniyanın və hazırda sığındığı Böyük Britaniyanın qanunverici sisteminə, demokratiya və insan azadlıqları prinsiplərinə zərərli fəaliyyət aparmaqdadır.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olaraq, Tural Sadıqlının əməllərini qınamaqla yanaşı Almaniya və Böyük Britaniya hökümət strukturlarını Tural Sadıqlı ilə bağlı hüquq çərçivəsində tədbirlər görməyə çağırır".

Məlik
Demokrat.az



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top