YapiKredi Müraciət Forması
Gündəm

Meymunçiçəyi qeydə alınan ÖLKƏLƏR

Meymunçiçəyi qeydə alınan ÖLKƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Demokrat.azxəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə müşahidə edilib.

Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.

Demokrat.az

D
demokrat.az