Vaxtından əvvəl yetişdirilən, bahalı və təhlükəli QARPIZ

SOSİAL 02 iyn 2022, 13:16
Qarpızın əsl yetişmə vaxtı iyul və avqust ayları hesab olunur. Lakin buna baxmayaraq, bir çox bazar və marketlərdə qarpız satışı geniş vüsət almağa başlayıb. Kilosu 2-3 manata olan qarpızların İrandan gətirildiyi bildirilir. Mövsümündən əvvəl satışa çıxarılan qarpız, yemiş kimi meyvələr əsasən, idxal olunur. Hazırda qarpıza tələbat çox olmasa da, qiyməti olduqca bahadır.
 
Qida texnoloqları aqrokimyəvi maddələrlə yetişdirilən bu giləmeyvənin tərkibindəki nitrat miqdarının normadan iki dəfə artıq olduğunu bildirir. Bu səbəbdən qarpız seçərkən onun rənginə, bərkliyinə, saplağına fikir verilməlidir. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Cavidan Quliyev Demokrat.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: 



“Pesteit dediyimiz kimyəvi maddələrdən istifadə olunur ki, bu maddələrin norma daxilində istifadə olunması məhsulların düzgün yetişdirilməsinə, normadan artıq istifadə olunması isə həmin məhsulların tərkibində sözügedən preparatların qalıq şəklində toplanmasına və onları istehlak etdiyimiz təqdirdə orqanizmimizdə həmin kimyəvi maddələrin qalıq şəklində toplanmasına gətirib çıxara bilir. Bir sıra məhsullar vardır ki, onlar istiliyi, temperaturu sevirlər. Lakin yetişdiyi dövrdə, saplağından qoparıldıqdan sonra rəf ömrünün uzun olması üçün istehlaka yararlılıq müddətinin uzun olması üçün tədricən soyuq temperaturda saxlanılmalıdır. Çünki yüksək temperaturda bu məhsullar deformasiyaya uğrayaraq öz fiziki kimyəvi göstəricilərini, eləcə də keyfiyyət göstəricilərini itirməyə başlayırlar.”

Hər şey vaxtında və qədərində gözəldir. Həm cibimizə, həm də sağlamlığımıza zərər vurmamaq üçün.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top