Putinin 3 il ömrü qalıb?

REGİON 30 may 2022, 21:08
Qərb mediasında son zamanlar Rusiya prezidenti Vladimir Putinin xəstə olduğu barədə məlumatlar geniş yayılır.

Demokrat.az xəbər verir ki, bu iddialara Rusiya XİN başçısı Sergey Lavrovun cavabı çox gecikməyib.

Lavrov Putinin fotolarına istinadən onun xəstə olduğunu irəli sürənlərə "Məntiqli insanların onda xəstəlik əlamətlərini görə biləcəyini sanmıram" deyə münasibət bildirib. O, prezidentin səhhətinin qaydasında olduğunu və hər gün KİV vasitəsilə xalqın önünə çıxdığını bildirib.

Qeyd edək ki, Qərb mətbuatında Putinin xərçəng və ya parkinson xəstəliyindən əziyyət çəkdiyi və onun ömrünə ən çoxu üç il qaldığı iddia edilir.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top