Atası Səlim Müslümovun son durumunu açıqladı: “Xəstəxanadadır, təzyiqi düşmür…”

GÜNDƏM 30 may 2022, 14:21
“Oğlum Səlim hazırda Bakıda müalicə alır. Görək nə vaxt bitəcək, vəziyyəti necə olacaq... Səlimi görmürük, amma onu bilirik ki, müalicə alır. Deyirlər təzyiqi düşmür. Daha bilmirəm başqa nə var, nə yox. Bağrımız çatlayır”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov deyib.

Y.Əliyev hazırda Ağsuda olduğunu bildirib: “Səlim Bakıda xəstəxanadadır. Gecə-gündüz fikir içində ölürük. Xəstəlik hər şeydən pisdir. Allah heç kimə göstərməsin. Özüm də xəstəyəm. 84 yaşım var. Hərəkət etməkdə çətinlik çəkirəm. Səlimin dərdi məni götürüb. Həmişə bilirdim ki, sağlamdır, yaxşıdır. İndi xəstə olduğunu bilmək... Ata-ana üçün övladın xəstəliyi ağır hissdir”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top