Son 4 gündə bulvarda itkin düşən 35 uşaq tapılıb

SOSİAL 29 may 2022, 18:13
Son 4 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən 35 uşaq tapılıb.

Demokrat.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  məlumat verib.

Onun sözlərinə görə, itkin uşaqlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top