Zelenski: "Heç kim Putini hakimiyyətdən uzaqlaşdırmaq fikrində deyil"

GÜNDƏM 28 may 2022, 23:30
Rusiyanın güc strukturunda heç kim prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq fikrində deyil.

Demokrat.az bildirir ki, bu fikri Hollandiyanın NOS telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib  .

"Düşünürəm ki, bütün bu komanda uzun illərdir işləyir və onları bir yerdə saxlayırlar. Onları çox şeylər, çox addımlar, çoxlu cinayətlər birləşdirir - ən azı bu cinayətləri, bizə qarşı baş verənləri hesab edirik. Onlar birləşib. Mən hazırda Putinin rejim dəyişikliyindən əmin deyiləm. Düşünürəm ki, onların hamısı ondan qorxurlar”, – Zelenski fikirlərini bölüşüb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top