Dəbdəbəli qəbir daşları düzgündürmü? — ARAŞDIRMA

SOSİAL 27 may 2022, 14:08
Paytaxtda bir neçə məzarlıq var ki, orada ölünü dəfn etməyə yer tapa bilməzsən. Standartlara cavab verməyən qəbirlərin mövcudluğu, məzarların ətrafının zəbt edilməsi yer çatışmazlığı probleminə yol açır. Bu məsələlərin fonunda ortaya bir sual çıxır, nə üçün “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na riayət edilmir? Paytaxt sakinlərinin sözlərinə görə, bahalı və dəbdəbəli baş daşılarının qoyulması yolverilməzdir. 

İnsanların da fikri bu mövzuda müxtəlifdir:

“Mən özüm şəxsən bu yaxınlarda elə bil şahidi olmuşam. Öz qohumum rəhmətə gedib. İnanın ki, 4000 min manata ona baş daşı qoyulub.

“Qəbir daşı yaddaş kimi olmalıdır. Neçənci ildə dünyaya gəlib, necənci ildə dünyadan dəyişib.”

“İnsan dünyasını dəyişir də. Hamı dəyişir. Necə məsləhətdir. Standart olsa, daha məsləhətlidir.”

Maraqlıdır, görəsən hazırda baş daşlarının qiyməti neçəyədir? Cavab tapmaq üçün bir neçə daş karxanasına yollandıq. 

“Xaricdən gəlir, dollarla olan şeydir. Ölçü ilədir, qiyməti də təqribən 2000-2500 arasıdır.  

“Adam var ki, atası üçün yekə daş qoyur 50 minə.”

Baş gicəlləndirən qiymətləri eşidəndən sonra din xadimindən bunun nə dərəcə doğru olduğunu soruşduq. Fikirlər isə belə oldu:

“Doğru deyil də, şəriətdə elə şey yoxdur. Şəkil şəriətdə şəkil icazə verilmir.”

Məzarlıqlara baş çəkdik və üzərində sadəcə, vəfat edən şəxsin ad, soyadı, doğum və ölüm tarixi qeyd olunan qəbirlərlə rastlaşdıq. Elə bəlkə də qəbirlər belə olsa daha yaxşıdır. 

Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 22-ci bəndinə əsasən başdaşının hündürlüyü 1, eni isə yarım metrdən çox olmamalıdır. Amma gördüyümüz mənzərə qaydalara riayət edilmədiyini göstərir. Köhnədən mövcud olan məzarlar başa düşüləndir, amma 2018-ci ildən bu günə qədər vəfat etmiş şəxslər üçün qoyulan başdaşılar onların heç də standartara uyğun olmadığını göstərir. 

Millət vəkili Razi Nurullayev Demokrat.az-a bildirdi ki, bələdiyyələr tərəfindən nümunəvi qəbirstanlıqlar yaradılmalıdır. 



“Məzarlıqların, qəbirstanlıqların idarə olunması nizama salınması və bununla bağlı qanunvericilik aktının yerinə yetirilməsi bələdiyyələrə tapşırıldı. Birincisi, bələdiyyələrinin özünün yaratdığı qəbiristanlıqların salınması lazım idi. Və artıq o qəbirstanlıqlarda kim ölüsünü basdırmaq istəyirdisə biləcəkdi ki, bu qəbiristanlıqda qayda qanun budur. Burada sən istənilən baş daşını qoya bilmərsən. Bax bunlar yerinə yetirilmədi.”

Mövcud məsələ ilə bağlı bələdiyyələrlə iş mərkəzindən mövqe öyrənmək istədik, lakin suallarımız cavabsız qaldı. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top