Nazirlik yeni əlillik meyarlarının pensiya alan şəxslərə təsirini açıqladı

SOSİAL 27 may 2022, 11:58
“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq yaratmayacaq. Həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər”.

Demokrat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top