Rusiya: “Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb”

REGİON 27 may 2022, 09:09
Xəzər dənizi hövzəsində brakonyerlik (qanunsuz ov-red) fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Rusiyanın Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1 500-dən çox brakonyer saxlanılıb, 60 kiçik qayıq və 54 km balıqçı toru götürülüb.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.

O, qeyd edib ki, görülən tədbirlər nəticəsində təxminən 1,5 tona yaxın nərə balığının qanunsuz dövriyyəsi dayandırılıb. 1,2 minə yaxın nərə balığı təbii yaşayış yerlərinə buraxılıb.

Vladimir Kulişovun sözlərinə görə, Rusiya hökumətinin balıqçılıq fəaliyyətinə dövlət nəzarəti səyləri gücləndirilir. 2021-ci ildə nəzarət edilən istehsal həcmlərinin payı 70 %-dən çox olub. Nəzarət və yoxlama tədbirləri zamanı Rusiya Federasiyasının qanunvericiliyinin və balıqçılıq sahəsində beynəlxalq müqavilələrin 6 000-dən çox pozulması faktı aşkar edilib, 583 müxtəlif gəmi, o cümlədən üçü xarici bayraq altında saxlanılıb. 1 000 tondan çox qeyri-qanuni balıqçılıq məhsulları qeyri-qanuni dövriyyədən çıxarılıb, qanun pozucuları 660 milyon rubla yaxın ziyan vurublar.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top