Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Britaniya Şurası Azərbaycan təşkilatı arasında memorandum imzalandı

SOSİAL 26 may 2022, 18:36
Bu gün Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Britaniya Şurası Azərbaycan (British Council Azerbaijan) təşkilatı ilə əməkdaşlıq haqqında memorandum sənədini imzaladılar. 

Demokrat.az bildirir ki, memorandum strateji tərəfdaşlar qismində Böyük Britaniya və Azərbaycan arasında yaradıcı sənayelərdə beynəlxalq dialoqu və əməkdaşlığı gücləndirmək üçün səmərəli tərəfdaşlıq yaratmaq və birgə fəaliyyətləri təşviq etmək üçün birlikdə işləmək; Böyük Britaniya və Azərbaycan arasında dövlət özəl tərəfdaşlıq təşəbbüslərini və birgə layihələri təşviq etmək; British Council-ın mövcud proqramları çərçivəsində yaradıcı sənayelərin digər sahələrinə, dövlət özəl tərəfdaşlığına və digər əlaqəli proqram və sahələrə də şamil oluna bilən yeni əməkdaşlıq proqramları modelinin hazırlanması üçün əməkdaşlığın gücləndirilməsi kimi sahələri əhatə edir.

Görüşdə həmçinin, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Britaniya Şurası Azərbaycan (British Council Azerbaijan) təşkilatının birgə icra etdiyi Yaradıcı Prodüserlər proqramını uğurla tamamlamış məzunlara da sertifikatlar təqdim edildi.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top